Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

DSX rəisinin müavini: “Onların şərəfli xidmət yolu hər bir sərhədçi üçün örnək olacaq”

105 Baxış

“Bu gün biz silahdaşlarımızı son mənzilə yola salırıq”.

Turanmedia.az Apa-ya istinadən xəbər verir ki, bunu helikopter qəzasında həlak olan hərbi qulluqçularla vida mərasimində DSX rəisinin müavini general-leytenant İlham Mehdiyev deyib.

O bildirib ki, kədərimiz sonsuzdur: “Əlbəttə valideynlərin də kədərini başa düşürük. Yeganə təsəllimiz odur ki, silahdaşlarımız şəhidlik zirvəsinə yüksəlməklə bütün Azərbaycan xalqının övladına çevrilib. Bu gün dəfn mərasimini keçirdiyimiz şəhidlərimiz Vətən müharibəsində də vəzifələrinin öhdəsindən gələrək torpaqlarımızın işğaldan azad olunmasına öz töhfələrini veriblər. Onların şərəfli xidmət yolu hər bir sərhədçi üçün örnək olacaq. Əziz valideynlər, siz hər bir sərhədçinin timsalında minlərlə oğul, qardaş qazanmısız”. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678