Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bu kənd haqqında çox eşitmişəm – Prezident

152 Baxış

Mən ilk dəfədir Qonaqkənddəyəm. Amma bu kənd haqqında çox eşitmişəm və bilirəm ki, bu kəndin Azərbaycan tarixində çox böyük yeri var, tarixi yerdir, tarixi yaşayış məskənidir.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev Qubanın Qonaqkənd qəsəbəsinin sakinləri ilə görüşündə deyib.

 

“Bilirəm ki, Qonaqkənd camaatı həmişə zəhmətkeş olub, həmişə mərd olub, həmişə Azərbaycan dövlətçiliyinin keşiyində durub. Onu da bilirəm ki, bu kəndin əsas problemi yol problemi idi. Doğrudan da bu yolun çəkilməsi hesab edirəm ki, tarixi hadisə sayıla bilər. Quba rayonunda əhəmiyyət baxımından bir Xınalıq yoludur, bir də Qonaqkənd yolu idi. Xınalıq yolu da keçilməz bir yol idi, oraya da gedib çatmaq üçün saatlarla vaxt lazım idi və qış aylarında, ümumiyyətlə, təcrid vəziyyətində idi. Qonaqkənd də, həmçinin. Vahid müəllim də, Quba ictimaiyyəti də dəfələrlə bu məsələni qaldırmışdı. Nəhayət biz buna nail olduq. İndi Qubadan buraya təxminən yarım saata gəlmişəm. Düzdür, mən gələndə yollar açıq olur, amma hər halda 40-45 dəqiqəyə gəlmək olar”, – dövlət başçısı vurğulayıb. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678