Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Şagirdin qalmaqal yaratdığı məktəbdən REPORTAJ

117 Baxış

Sosial şəbəkələrdə paytaxtın Suraxanı rayonunda yerləşən 282 nömrəli tam orta məktəbdə şagirdin valideyninin məktəbə gələrək dərs prosesinə mane olmasını əks etdirən videogörüntü yayılıb.

Turanmedia.az xəbər verir ki, məktəbdə müəllimə qarşı nalayiq ifadələr işlədən bu şəxs məktəbin 7-ci sinif şagirdinin valideynidir. Onun bu hərəkətinə səbəb isə övladı haqqında yayılan məlumatlardır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, şagird tədris prosesi zamanı özünü çox aqressiv aparır. Sinif rəhbəri və müəllimlər şagirdi intizama dəvət etdiyi zaman əsəbiləşərək müəllimlərə də xəsarət yetirir.

 

Hazırda Daxili İşlər Nazirliyi məsələni nəzarətə götürüb, araşdırma aparılır.

 

Baku TV əməkdaşları sözügedən məktəbdə olub. Müəllim və şagirdlərlə söhbət aparıb. İttiham edilən şagirdin həmin məktəbdə oxuyan qardaşı deyilənlərlə razılaşmayıb:

 

“Burada şişirdilmiş məlumat var. Bir şagird müəllimi necə döyə bilər?! Dünən valideynim məktəbə gəlib, lakin direktor onu dinləməyib”. //Turanmedia.az

Ətraflı videonu təqdim edirik:


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678