Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mingəçevir 19 saylı məktəbdə “açıq dərs” keçirilib.

320 Baxış

Turanmedia.az xəbər verir ki, Mingəçevir şəhər 19 saylı tam orta məktəbdə “açıq dərs”lər keçirilib. “Açıq dərs”lərin əsas məqsədi tədris prosesində öyrətmə və öyrənmə mühitinin səmərəli təşkili yolları, şagirdlərin tədqiqatçılıq bacarığını üzə çıxarılması və müasir təlim texnologiyalarının tətbiqi istiqamətində qabaqcıl təcrübəni formalaşdırmaqdan ibarətdir. Təcrübə mübadiləsi, fənlərin tədris səviyyəsinin nümayiş etdirilməsi, dərsin planlaşdırılması, qiymətləndirilməsi və bu istiqamətdə müzakirələrin aparılması da əsas komponentlərdəndir.

Dərslər V-XI siniflərdə fənlər bloku (humanitar, texniki, təbiət və əlavə fənlər bloku) üzrə təşkil edilir. Məktəbin VII a sinifinin Azərbaycan-dili və ədəbiyyat müəllimi Yusifova Elnurə ədəbiyyat fənnindən B. Vahabzadənin “Vətəndaş” şeirinin təhlili üzrə açıq dərsi keçirib.Dərsin imkanlarından istifadə edərək “əsl vətəndaş necə olmalıdır” sualı ətrafında şagirdlərdə vətənpərvərlik hissləri aşılandı. Şagirdlər fənnlə bağlı şeir,bayatı,atalar sözləri söylədilər.”Mən fəxr edirəm ki,Azərbaycanlıyam”mövzusunda esse yazdılar. Tarix,coğrafiya,həyat bilgisi fənni ilə inteqrasiya yaradıldı.İnternet resurslarından səmərəli istifadə olunub. Açıq dəsrsdə müəllimin müxtəlif innovativ üsul və vasitələrdən çevik, məqsədyönlü istifadəsi, dərsin bütün mərhələlərində şagirdlərin fəal iştirakının şahidi olduq. Dərs prosesində fərqlənən şagirdlər “təşəkkürnamə”ilə mükafatlandırıldı.
Qeyd edək ki,”açıq dərs” də məktəbin direktor əvəzi Ülviyyə Fətəliyeva,fənn müəllimləri müşahidəçi qismində iştirak ediblər.

 

Esmira Hidayətova //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678