Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İşğaldan azad edilən ərazilərdə mədənlərin işlənməsi üzrə proqramlaşdırmalar aparılır

135 Baxış

Daşkəsən Dəmir Filiz Sahəsi geoloji mürəkkəb elementlərə malik mədəndir. Bu mədənin dayanıqlı gəlir mənbəyi kimi formalaşdırılması üçün beynəlxalq standarlara uyğun dəyərləndirmələrin aparılması vacibdir. 

Bunu “Azergold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov 2020-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.

“Bu sahədə düzgün tətqiqat işlərinin aparılması nəticəsində biz yerli təlabatımızı təmin etməklə yanaşı həm də bu sahədə ixracatçı ölkəyə çevrilə bilərik. Bir daha qeyd edim ki, bu proses hazırki tətqiqatların keyfiyyətli aparılmasından asılıdır”, – deyə o bildirib. 

O işğaldan azad edilən ərazilərdəki mədənlərin işə salınması ilə bağlı görülən işlər barədə də məlumat verib: 

“İşğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı yaradılan İşçi Qrupları fəaliyyət göstərir. 

Vahid starategiya çərçivəsində işğaldan azad edilən ərazilərimizin regionun ən inkişaf etmiş bölgəsinə çevrilnəsi planlaşdırılır. Bu ərazilərdə mədənlərin işə salınması ölkə iqtisadiyyatının inkişafı və məşğulluq baxımından böyük töhfələr vermiş olacaq.

Biz İqtisadiyyat və Ekologiya və Təbii Sərvətlər Nazirlikləri ilə əməkdaşlıq edərək həmin ərazidəki yataqların planlı, sistemli və ən səmərəli şəkildə işə salınması üçün kəşfiyyat, tətqiqat və digər işlər üzrə proqramlaşdırmalar aparırıq.

Həmin mədənlərlə bağlı məlumatlar 1991-ci ilə qədər olan hesablamalar keşfiyyat və tətqiqat işlərinin nəticələridir. Sözsüz ki, 30 il öncəki texnologiyalarla bu gün istifadə olunan texnologiyalar fərqlidir”.

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678