Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Korona xəstələri niyə qəribə qoxular hiss edir?

132 Baxış

Koronavirus xəstələri tez-tez burunlarına çürüntü, irin qoxusu gəldiklərini bildirir.

Turanmedia.az Medicina.az-a istinadən xəbər verir ki, lor həkimlər bunun səbəbini haymor ciblərində irin, bakteriya, qaymoritlə əlaqələndirib.

Bildirilib ki, iltihablaşmış burun ciblərindən çürüntü qoxusu gəlir. Koronavirus zamanı bu problem baş verir.

Eləcə də xəstə çoxlu antibiotik qəbul edibsə, bu, istənilən orqanlarda mikrofloranı pozur və zərərli bakteriyalar baş qaldırır. Onların toplaşdığı yerdən də həmişə pis qoxu hiss edilir.

Rinit və qaymorit xəstələrində bu problem mütləq olur. Bu simptomlar varsa, mütləq lor həkimə müraciət edib, rentgen olunmalı və burun cibləri yuyulmalı, açılmalıdır. O zaman o qoxu da çəkilib gedəcək. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678