Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Jurnalistdən maraqlı təklif: 20 Yanvar muzeyi yaradılsın

203 Baxış

1990-cı il yanvarın 20-də baş vermiş qanlı hadisədən 32 il ötür. Hər il Ümumxalq Hüzn günü kimi geniş qeyd edilən 20 Yanvar faciəsi Azərbaycan Respublikasının müstəqilliyi uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. Hər il olduğu kimi, bu il də Azərbaycan xalqı dərin hüznlə 20 yanvar faciyəsinin qurbanlarını yad etdi.

Turanmedia.az xəbər verir ki, mövzu ilə bağlı televiziya kanallarının birində qonaq olan Azərbaycan Respublikasının “Əməkdar jurnalist”,BDU-nun professoru, filologiya elmləri doktoru Qulu Məhərrəmli maraqlı təklif irəli sürüb. Əməkdar jurnalist çıxışı zamanı bildirib ki,”tarixi hadisələrlə bağlı kitabların yazılması əsas deyil, əsas olan o yazıları oxumaqdır! Varmı oxuyan?Məsələ:20 yanvar ərazisində kiçik guşəsinin arxasında muzey inşa edilsə yaxşı olmazmı? O günə aid olan foto və sair tarixi əsasların orada yerləşdirlməsi daha səmərəli olar.Biz, tarixi yetişən gənclərin ruhuna hopdurmağın yollarını tapmalıyıq.” //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678