Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mingəçevir Turizm Kollecində 2021/2022-ci tədris ili üzrə Pedaqoji Şuranın növbəti iclası keçirilib.

194 Baxış

“Zoom” platforması üzərindən distant (məsafədən) formada təşkil edilən iclası açıq elan edən kollecin direktoru Kamal Əhmədov imtahanlarda tələbə biliyinin şəffaf və obyektiv qiymətləndirilməsini kollecin prinsipial mövqeyi kimi açıqlayaraq, bu mövqeyin dəyişməz olaraq qalacağını diqqətə çatdırıb.

Turanmedia.az xəbər verir ki, iclasın gündəliyinə uyğun olaraq 2021/2022-ci tədris ili üzrə qış imtahan sessiyasının gedişi və qarşıda duran vəzifələr, fənn birliyi komissiyalarının növbəti semestrə hazırlığı vəziyyəti haqqında gördükləri işlərə dair məruzələr dinlənilib.
Məruzələrdə cari semestrdə imtahan sessiyasının gedişatı ilə bağlı görülən işlər haqqında ətraflı məlumatlar verilib. Belə ki, cari tədris ilindən etibarən kollecdə imtahanlar yazılı şəkildə, əyani formada həyata keçirilir. İmtahanların yazılı formada keçirilməsi tələbələrin istər ixtisas, istərsə də qeyri-ixtisas fənlərin öyrənilməsinə daha ciddi yanaşma tələb etdiyindən tələbələrin hərtərəfli formalaşmasına və gələcəkdə yüksək ixtisaslı peşəkar kadrların yetişməsinə kömək edəcəyi vurğulanmışdır. Kollecin İmtahan Qərargahının rəhbəri Samirə Abbasova 2021/2022-ci tədris ili üzrə qış imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması istiqamətində görülən tədbirlər barəsində məlumat verib.
Ardınca İmtahan Qərargahının rəhbəri Samirə Abbasovanın məruzəsi ətrafında Apellyasiya komissiyasının sədri Anar Yusifov tələbə hüquqlarının müdafiəsi və imtahanların şəffaf şəkildə həyata keçirilməsi üçün kollecdə Apellyasiya komissiyasının yaradılması və bura qəbul olan müraciətlərin düzgün qiymətləndirilməsi üçün yenidən baxıldığını və şikayətçi tələbə haqlı olduğu halda qiymətləndirmənin düzgün qaydada yenidən aparıldığını vurğulayıb. O, bu günə qədər Apellyasiya komissiyasına qəbul olan əsaslı və əsassız müraciətlər haqqında məlumat verib.
Daha sonra tədris şöbəsinin müdiri Ceyhun Abdullayev fənn birliyi komissiyalarının növbəti semestrə hazırlıq vəziyyəti haqqında məlumat verib. O, fənn komissiyalarının müəllimlərinin tədris ilinin ikinci semestrində fənlərin mühazirələrinin hazırlanması, mövcud mühazirələrin təkmilləşdirilməsi istiqamətində gördükləri işlər barəsində danışıb.
İclasın sonunda direktor Kamal Əhmədov müəllimlərə imtahanların uğurla yekunlaşdırılması, tədris ilinin ikinci semestrində görüləcək işlər və həyata keçirilən tədbirlərin pandemiya şəraitinə uyğun olaraq sanitar gigiyenik normalar gözlənilərək keçirilməsinə dair tapşırıqlarını verib .

 

Esmira Hidayətova,Mingəçevir


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678