Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ərdoğan: Bizi evə həbs etdilər

115 Baxış
Yoluxma səbəbindən vərdiş etmədiyimiz durumdayıq.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin Qəhrəmənmaraş Gənclik Qolları tərəfindən təşkil edilən iclasda onlayn formatda iştirakı zamanı deyib.

Dövlət başçısı sağlamlıq durumu ilə bağlı gənclərə məlumat verib.

“Bu da bir istirahətdir. Mən istirahətlərə öyrəşməmişəm. İndi vəziyyət belədir, yəni bizi evə həbs etdilər. Lakin bu həbsdən də xilas olacağıq, İnşallah! Həkimlər çox davam etməyəcəyini bildirirlər, çünki Omikron uzun davam etmir. Hazırda evdə istirahətdəyəm, işləyirik”, – deyə Ərdoğan bildirib.

Qeyd edək ki, Ərdoğan və xanımı koronavirusun Omikron ştamına yoluxub.   //Turanmedia.az
 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678