Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ərdoğan Rusiyadan alınmış S-400-ləri nə vaxt istifadə edəcəklərini AÇIQLADI

136 Baxış

Qeyri-müəyyənlik və təhdidlərin heç azalmadığı bir bölgədə uzunmənzilli regional hava və raket hücumundan müdafiə sistemi ehtiyacı çərçivəsində tədarük olunan S-400-lər haqqında polemika yaradılmağa çalışıldığını görürük.

Turanmedia.az “Haber Global”-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrika turundan qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.

“Xüsusilə bu gün yaşanan Rusiya-Ukrayna böhranı bu silahların lazımlılığını yenidən ortaya qoyur. S-400-lərin niyə alındığı dəfələrlə açıqlanıb, səbəbləri, nəticələri, prosesin özü barədə ictimaiyyətə məlumat verilib”, – deyə Ərdoğan bildirib.

Onun sözlərinə görə, S-400-lərin harada istifadə olunacağı barədə sualın cavabı kifayət qədər aydındır:

“Kim raketlə ölkəmizə hücum etdə, orada istifadə olunacaq. Bir də “S-400-lər anqarda gözləyir” deyirlər. S-400-lər harada gözləməlidirsə, orada gözləyir. Təbii ki, bunlar gizli mövzulardır. Ehtiyac olacağı halda bu sistemin istifadəsinə dair bütün hazırlıqların aparıldığını və prosesin lazımı şəkildə inkişaf etdiyini bilirik”.  //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678