Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Beynəlxalq Cüdo Federasiyası Putini təşkilatdakı vəzifəsindən kənarlaşdırıb

119 Baxış
Beynəlxalq Cüdo Federasiyası (İJF) Rusiya Prezidenti Vladimir Putini və milyarder Arkadi Rotenberqi təşkilatdakı bütün vəzifələrindən uzaqlaşdırıb.

Turanmedia.az report-a istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, Rusiyanın dövlət başçısı və dostu dünya cüdo rəhbərliyi ilə sıx bağlı idi. Bundan əlavə, Rotenberq Rusiya Hokkey Federasiyasının idarə heyətinin rəhbəridir.

Xatırladaq ki, Beynəlxalq Cüdo Federasiyası fevralın 27-də Putinin təşkilatın fəxri prezidenti və səfiri statusunun dayandırıldığını elan edib.

Rusiya Ukraynada müharibəyə başladıqdan sonra bu ölkənin demək olar, bütün idmanı xarici turnirlərdən təcrid olunub.  //Turanmedia.az
 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678