Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Treysinin ardınca Kopırkin də Zəngəzura gəldi – Nə baş verir?

244 Baxış

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Zəngəzura gəlib.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, səfərinin ilk günündə Kopırkin 2020-ci ilin 9 noyabrında vurulan Mi-24 helikopterinin heyətinin şərəfinə qoyulan heykəli ziyarət edib.

Səfir daha sonra sərhəd məntəqələrini gəzib və “Tex”, “Paruyr Sevak” məntəqələrində rus sərhədçiləri ilə görüşüb (Ermənistan sərhədlərini Rusiya sərhədçiləri qoruyur – red.).

Kopırkin Qafan rayon administrasiyasının rəhbəri ilə də görüş keçirib.

Qeyd edək ki, ötən gün ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi Zəngəzura səfər etmiş və qubernatorla görüşmüşdü.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678