Mingəçevir şəhər 19 N-li tam orta məktəbdə “Şuşa ili” nə həsr edilmiş silsilə tədbirlərin təşkili davam edir.

76 Baxış

Turanmedia.az xəbər verir ki, Mingəçevir 19 N-li orta məktəbdə , bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirilib. Bu gün bu tədbirlərin davamı olaraq Solmaz Amanlının “Şuşanın sehirli açarları” adlı nağıl əsasında tamaşası səhnələşdirilib. Tamaşada məktəbin 5-6 cı sinif şagirdləri iştirak ediblər. Tədbirdə Mingəçevir şəhər Təhsil şöbəsinin əməkdaşı,məktəbin şəhid məzunlarının valideyinləri və müəllim şagird kollektivi iştirak ediblər. Tədbiri giriş sözü ilə açan məktəbin direktor əvəzi Ülviyyə Fətəliyeva Şuşa ili ilə bağlı məktəbdə keçirilən tədbirlərdən söz açdı. O, qələbəmizin xalqa bəxş etdiyi sevincdən danışıb və bildirib ki, Azərbaycan torpaqlarını işğaldan azad edən qəhrəmanlar nəslinin bugünkü igidlikləri Azərbaycan tarixinə əbədi daxil olacaq və hər birimizin yaddaşında həmişəlik qalacaq. Bu kimi tamaşalar şagirdlərimizin yaddaşlarına əbədi olaraq həkk olunacaq.
Direktor bu səpkidə keçirilən tədbirlərdə şagirdlərin qazandıqları uğurlardan da bəhs etdi.
Tamaşadan öncə məktəbin şəhid məzunu Əzim Həsənovun anası Şəhla xanım çıxış edərək igidliyi ilə adını tarixə yazan şəhid oğlunun 44 günlük Vətən müharibəsindəki göstərdiyi qəhrəmanlıqlardan şagirdlərə bəhs edib.
Balaca aktyorların ifasında böyük ustalıqla təqdim olunan tamaşa maraqla qarşılanıb.
Qeyd edək ki,tamaşanın ərsəyə gəlməsində məktəbin uşaq birliyinin rəhbəri Fəridə Cəlilbəyli və MDU-nun müəllimi və eyni zamanda məktəbin əvəzçi müəllimi Könül Aydının birgə əməyi olub.

 

Esmira Hidayətova,Mingəçevir