Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Lisenziya əldə etmək istəyən sahibkarların NƏZƏRİNƏ

113 Baxış

Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektləri müxtəlif fəaliyyət sahələrinə İqtisadiyyat Nazirliyi tərəfindən verilən lisenziyalar üçün “Xaçmaz KOB evi”nə də müraciət edə bilərlər.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən Oxu.Az-a verilən məlumata əsasən, mart ayında “Xaçmaz KOB evi” vasitəsilə sahibkarlıq subyektinə bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin idxalı üçün lisenziya verilib.

Həmçinin, cari ayda Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən bir sıra sahibkarlıq subyektlərindən müxtəlif fəaliyyət sahələrinə lisenziyaların verilməsi üçün “Xaçmaz KOB evi”nə müraciətlər daxil olub.

Qeyd edək ki, “Xaçmaz KOB evi”ndə 16 dövlət və özəl qurum tərəfindən sahibkarlıq subyektlərinə 200-dən çox dövlət-biznes (G2B) və zəruri biznes-biznes (B2B) xidmətləri göstərilir, o cümlədən İqtisadiyyat Nazirliyi tərəfindən lisenziyaların verilməsi həyata keçirilir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678