Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Aqro-vest DC” Qələbəni qeyd edir! – FOTO

162 Baxış

Bu gün “Aqro-vest DC” MMC şirkətinin əməkdaşları Azərbaycan ordusunun işğaldan azad etmə əməliyyatlarının uğurlu nəticəsi-Qələbəni qeyd ediblər!       

27 sentyabrda başlayan əks-hücum əməliyyatları qısa bir zamanda Vətən müharibəsinə çevrildi. Əgər qarşı tərəf əsgərləri belə döyüşə göndərə bilmirdisə, Azərbaycanda əksinə, hər kəs döyüşə can atırdı. Arxa cəbhədə hər kəs, hər bir qurum bir yumruq kimi səfərbər olub!

“Aqro-vest DC” şirkəti və onun kollektivi də digərləri kimi bu müqəddəs işdə kənarda qalmadı.

Şirkət olaraq, Silahlı Qüvvələrə Yardım Fonduna ianə etdi, ordunun ehtiyaclarını qarşılamaq üçün müxtəlif geyim və gigiyenik vasitələr göndərdi. Şirkətin 40-dan çox əməkldaşı döyüşlərdə iştirak etdi. Şirkət onların əmək haqqılarını verməklə yanaşı, həm də ailələrinin yanında oldu!  

Və budur! Xalq, dövlət və lider birliyi – dəmir yumruq öz sözünü dedi. Cəmi 44 gün ərzində ordumuz Ali Baş Komandanın rəhbərlyə ilə tarix yazdı, işğalçıları müstəqil dövlətimizin ərazisindən qovdu!

“Aqro-vest DC” şirkətində Qələbə münasibətilə təşkil olunmuş toplantı iştirakıçları öz fikirlərini ifadə ediblər:

“Hər bir xalqın həyatında çətin və xoşbəxt günlər olur! Əslində çətinliklərin özü xalqı formalaşdıran əsas amillərdən biridir desək, yəqin ki yanılmarıq. 30 il ərzində Azərbaycan xalqı bütün çətinliklərə sinə gəldi, səbr etdi! Ölkəmiz iqtisadi və siyasi olaraq, inkişaf etdi, gücləndi! Xalq və dövlət üzərinə düşən vəzifəni layiqincə yerinə yetirdi. Azərbaycan xalqı öz liderinə inandı, onun ətrafında sıx birləşdi”;

“Bu döyüş günlərində Ali Baş Komandan hər an sanki döyüşdə idi. Ölkənin birinci xanımı isə yaralı döyüşçülərin müalicəsini, şəhid ailələrinin qayğılarını diqqətdə saxlayırdı”.

Toplantıda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub!  


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678