Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“ZƏFƏR YOLU” İCTİMAİ BİRLİYİ YENİ TƏDBİR KEÇİRDİ

190 Baxış

Turanmedia.az djb.az-a istinadən xəbər verir.

10 iyul 2022- çi il tarixində “Zəfər Yolu” İctimai Birliyinin təşəbbüsü ilə “N” saylı hərbi hissədə Dünya Müsəlmanlarının Müqəddəs Qurban Bayramına həsr olunmuş bayram tədbiri keçirildi.

Bir dəqiqəlik sükutla Şəhidlər və Ulu Öndər Heydər Əliyev anıldıqdan sonra Azərbaycan Respublikasinin Himnilə tədbir açıq elan olundu. Tədbirdə Azərbaycanın bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Şəhid valdeyinləri, Veteranlar, Qazilər, Əsgərlər, Rusiya Diaspora Nümayəndəsi,Türkiyə Diaspora Nümayəndəsi, İctimai xadimlər, Şairlər, Jurnalistlər, Mədəniyyət işçiləri iştirak ediblər.

Tədbir əsgərlərimizin vətənpərvər ruhda tərbiyə olunmasına və xidmətinə böyük təsir bağışladı. Şəhid analarının,Veteranların,Qazilərin və Ziyalılarımızın hər çıxışı əsgərlərimiz üçün bir məktəb, dərslik oldu. I Qarabağ döyüşlərində iştirak etmiş qazilər,vetiranlar ehtiyatda olan zabitlərin çıxışı əsgərlər tərəfindən aqıšla qarsilandı. Vətənpərvər çıxışlar əsgərlərin ruhuna bir qida oldu. Onların mərd duruşu, dəyanəti bir daha Azərbaycan ordusunun əmin əllərdə olmasına sübut idi.

Tədbirin sonunda kəsilən qurbanlardan hazırlanmış təamlarla bəzədilmiş süfrə arxasında əyləsilərək birlikdə nahar yayıldı.

P. S. Allah Şəhidlərimizə rəhmət eləsin.Qazilərimizə açil şifalar versin.Allah Başda Ali Baş Komandan olmaqla əsgərlərimizi, zabitlərimizi, Ordumuzu, Azərbaycanımızı, xalqımızı, millətimizi qorusun.Biz Birlikdə Güclüyük!!!


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678