Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İsti havada başağrısının səbəbləri nələrdir?

92 Baxış
Miqren tutmasından əziyyət çəkən insanlarda isti havada başağrılarının kəskinləşməsi baş verir ki, bunun da əsas səbəblərindən biri orqanizmin susuzlaşmasıdır.

Turanmedia.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə nevroloq Anna Kudryavtseva “Doktor Peter” portalına bildirib.

Onun sözlərinə görə, miqreni təhrik edən amillərdən biri gün işığı ola bilər ki, gözün torlu qişasından və görmə sinirindən keçərək beynin xüsusilə həssas hüceyrələrini aktivləşdirir və nəticədə də bu hüceyrələrin qıcıqlanması şiddətli başağrılarına səbəb ola bilir.

“İsti havalarda başağrılarının ikinci təhrikedici səbəblərindən biri də orqanizmin susuzlaşmasıdır. Yayda, isti günlərdə bədən dəri vasitəsilə çoxlu maye itirir, ona görə də bu itkini kompensasiya etmək və kifayət qədər su içmək vacibdir. Normal şərtlərdə tələb olunan maye miqdarı 1 kq çəki üçün 25-30 ml-dir, lakin isti havalarda daha çox içilməsi zəruridir”, – deyə həkim məlumat verib.

Həmçinin miqrenin yaranmasına həddindən artıq soyuq yeməklər – dondurma və ya buzlu içkilər də səbəb ola bilər.
 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678