Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Prezident Neftçalada icra başçısının iki səhvini düzəltdi

44 Baxış

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 18-də Neftçala rayonuna səfər ediblər.

Turanmedia.az Yenipress.az-a istinadən xəbər verir ki, səfər zamanı onlar “Azerbaijan Fish Farm”a gedərək, oradakı hazır məhsullara baxıblar.

Mehriban xanımın sözügedən zavoddan lentə aldığı görüntülərdə bəzi məqamlar xüsusi diqqət çəkib.

Belə ki, Neftçala rayonunun icra başçısı Mirhəsən Seyidov zavoddakı balıqları təqdim edərkən, nərə cinsli olmayan balığı yanlış olaraq “nərə cinsli” adlandırıb. Bu, prezidentin diqqətindən yayınmayıb. İlham Əliyev dərhal onun bu səhvinə düzəliş edərək, göstərilən balığın nərə cinsli olmadığını bildirib.

İcra başçısının digər səhvi isə nərəkimilərin növlərindən olan albinosa “alfinos” deməsi olub. Prezident onun bu səhvini də dərhal düzəldib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678