Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycan ordusunun hərbçisi həlak oldu

121 Baxış
Azərbaycanda hərbçi avtomatdan açılan atəş nəticəsində vəfat edib.

Turanmedia.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, hadisə iyulun 13-ü saat 23 radələrində baş verib.

Belə ki, Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Manafzadə Ruslan Şərif oğlu avtomat silahdan açılmış atəş nəticəsində ölüb.

Faktla bağlı Hərbi prokurorluqda Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi başlanılıb. Hazırda istintaq aparılır.
 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678