Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Maska və sərt karantin yenidən qayıdır? – Professordan xəbərdarlıq

104 Baxış

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru bu yaxınlarda açıqlama verərək, ölkələri maska rejiminə qayıtmağa çağırıb. Azərbaycanda da gündəlik yoluxmaların 200-ə yaxınlaşması pandemiyanın yenidən alovlanması ilə bağlı narahatlıqları artırıb.

Eyni zamanda xarici işlər naziri Ceyhun Bayramovun son qəbullarında rəsmi heyətlə tibbi maskada görüntülənməsi də maska qadağasının yenidən qüvvəyə minəcəyi ilə bağlı müzakirələrə səbəb olub. Bu gün də ölkənin 3 səhiyyə qurumu məlumat yayaraq əhaliyə tibbi maskadan istifadəni təkidlə tövsyə edib.

Turanmedia.az xəbər verir ki, mövzu ilə bağlı Ölkə.Az-a danışan tibb eksperti, professor Adil Qeybulla bildirib ki, məhdudiyyətlərin əksəriyyətinin ləğv edilməsi hələ pandemiyanın bitməsi demək deyil:

“Əvvəla bir şeyi nəzərə almaq lazımdır ki, pandemiya hələ bitməyib və ÜST bununla bağlı raport vermədiyinə görə birmənalı olaraq karantin qaydaları da qalmaqdadır. Düzdür, karantin o qədər yumşaldılıb ki, insanlar elə bilir ki, sanki pandemiya bitib. Ortada ÜST-ün, ABŞ xəstəliklərə nəzarət və profilaktika mərkəzinin raportu olmadıqca biz hələ pandemiyanın bitməsindən danışa bilmərik. Düzdür, pandemiya son dərəcə səngiyib və s. Amma hazırda mutasiyalar davam edir. “Omikron” heç da mutasiyaya uğrayan sonuncu ştam deyil və bunun bitməsindən söhbət gedə bilməz. Birmənalı proqnoz vermək də çətindir. Çünki hazırda peyda olan yeni ştamlar xeyli narahatlıq doğurur və ayrı-ayrı ölkələrdə yoluxma sayının artmasına gətirib çıxarır. Məsələn, ABŞ-da, Yaponiyada və s. epidemioloji vəziyyət xeyli pisləşib”.

Professorun sözlərinə görə, karantin qaydalarının sərtləşdirilməsi epidemioloji vəziyyətə bağlı olacaq:

“Əgər vəziyyət pisləşməkdə davam edərsə, hər halda epidemioloji vəziyyətə uyğun olaraq karantin qaydaları sərtləşə, müəyyən qadağalar, o cümlədən maska qadağası qəbul edilə bilər.

Sadəcə olaraq bu qaydaların nə dərəcədə sərtləşməsi həm də insanların davranışlarından da asılıdır. Əgər yoluxmaların artmasından söhbət gedirsə, mümkün qədər təmaslardan qorumaq lazımdır. Pandemiya davam edirsə, baxmayaraq ki, karantin qaydaları sərtləşə, dövlət və müvafiq qurumlar tərəfindən qəbul edilə bilər, biz özümüz də buna diqqət etməli, sosial məsafəni qorumalıyıq.
Azərbaycanda epidemioloji vəziyyətin kəskin pisləşməsi hər halda proqnozlaşdırılmır. Çünki insanların böyük əksəriyyəti vaksin olunublar. Yenidən buster dozanın vurulması və ya hansısa digər tədbirlər də ortaya qoyula bilər. Düşünürəm ki, istənilən situasiyada dövlətin qəbul elədiyi qərarlar ÜST-ün tövsiləri ilə uzlaşmalıdır”, – deyə o əlavə edib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678