Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mingəçevirin “Şöhrət” ordenli Brilyantı

348 Baxış

Müəllim ömrünü şama bənzədənlər yanılmamışlar. Yəni, şam yanır,əriyir,ətrafa nur yayır. Belə şərəfli ömrü hər adam yaşamağı bacarmır. Ömrü şama bənzədilən müəllimlərdən biri də Mingəçevirdə yaşayır. Ona el arasında Mingəçevirin bir nömrəli müəllimi də deyilir. Bu təqaüddə olan 80 yaşlı Brilyant Əhmədovadır. Brilyant müəllim saflığa,düzlüyə söykənərək gənc nəslə həmişə diqqət,qayğı göstərmiş,öz pedoqoji ustalığı ilə biliklərindən istifadə edərək şagirdlərinə kimya-biologiya fənnini 50 il tədris edib. Bu müddət ərzində və bu gündə iş yoldaşlarının,qonşuların, valideyinlərin,yetirmələrinin rəğbətini qazanıb. Bu günlərdə Brilyant müəllimlə həmsöhbət olduq və ötən günlərə ekskursiya etdik. Əvvəlcə Brilyant müəllimdən bu illər sizi yordumu sualı ilə müraciət etdik.O,isə dedi ki,yorulanda üz tutur evində yaratdığı kitabxanasına. Əlinə bir kitab alıb oxuyanda bütün yorğunluğunun çıxdığını deyir.

“Mən 19 yaşımdan ımık fıaliyyıtimə başlamışam. O vaxtkı Kirovobad Pedoqoji İnstitutunun kimya-biologiya fakultəsini bitirmişəm. Birinci kursun axırında 19 yaşında Goranboy rayonunun Alpood kəndində dərs demişəm.(Anam xəstə olduğuna görə qiyabi təhsilə keçmişəm). 1967-ci ildə Mingəçevirə gəldim.İlk dəfə 9 nömrəli məktəbdə fəaliyyətə başladım.Daha sonra 13 nömrəli məktəbə keçdim. Onu da deyim ki,13 nömrəli məktəb fəaliyyətə başlayanda ilk müəllim mən olmuşam.Bir il keçmədi məni yenə partiya komitəsinin katibi seçdilər. Ümumiyyətlə 50 il pedoqoji stajım olub. Mən işlədiyim dövrdə naliyyətlərim çox olurdu, şagirdlərim həmişə olimpiadalardan,müxtəlif fənn yarışlarından məktəbə həmişə fəxri fərmanlar,medallar gətiriblər. Mən bir pedoqoq kimi şöhrətlənmişəm. Məni şöhrətləndirən də şagirdlərim olub. Həyatda başqa bir vəzifə istəməmişəm. Ailə həyatı qurandan 10 il sonra övladım olub. Şagirdlərimə həsrətlə baxıb qəlbimə yazmışam ki,nə olar bunlarda mənim övladlarımdır. 10 ildən sonra 3 övladım iki oğlan bir qızım oldu. Hər üçünə də təhsil vermişəm.Oğlanlarım Bakıda yaşıyır. Gəlinlərimdən,nəvələrimdən çox razıyam”.

1986-çı ildə Brilyan müəllim Şöhrət ordeni ilə təltif olunub. Mingəçevirdə bu ordenlə təltif olunan ilk müəllimdir. Qeyd edək ki,Brilyant xanımın yetirmələrinin səsi bu gün dünyanın bütün hüdudlarından gəlir desək yanılmarıq. Müəllimə deyir ki,o,elmdə çox eqoist olub. Həmişə istəyib ki,elmdə ondan öncül bir kimsə olmasın. Bu gün də öz evində yaratdığı kiçik kitabxanasında kitablarla boş vaxtını keçirir. Onu da deyək ki,brilyan müəllimənin gözəl əl qabiliyyəti var. Evin ləziz xörəklərini hazırlayır. Beləcə Brilyant müəlliməni hamı çox sevir,çünki bu gözəl pedoqoq səmimiliyi və mehribanlığı ilə onu yaxından tanıyanların,xüsusilə yetirmələrinin qəlbində doğma bir insana çevrilməyi bacarıb.

Esmira Hidayətova,Mingəçevir.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678