Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İsrailin müdafiə naziri: “İranla müharibə SON HƏLL YOLUDUR”

117 Baxış

“İranla müharibə son həll yolu olmalıdır”.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bunu Amerikanın “Atlantik” jurnalının redaktoru Cefri Qoldberqə müsahibə verən İsrailin müdafiə naziri Beni Qantz deyib.

Beni Qantz hərbi gücdən istifadənin son çıxış yolu olduğuna ümid etdiyini və ölkəsinin İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün yetərli gücə sahib olduğunu bildirib.

Qantz İranın nüvə silahı yaratmaq qabiliyyətini İsrailin varlığına təhlükə kimi dəyərləndirib. O, belə bir hadisənin qarşısını almaq üçün lazım gələrsə, hərbi əməliyyatlar apara biləcəklərini, belə bir gücə malik olduqlarını və bundan son çıxış yolu kimi istifadə edəcəklərini vurğulayıb.

Müdafiə naziri bu məsələdə Amerikanın dəstəyini alacaqlarına ümid etdiyini bəyan edib.

Xatırladaq ki, İsrailin müdafiə naziri iyunun ortalarında ölkəsinin Amerikanın dəstəyi ilə regional hava koalisiyası yaratmaqda olduğunu bildirib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678