Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Kəlbəcərlə sərhəddə yaşayan ermənilər: “Hamısı qorxu içində yaşayır” – VİDEO

111 Baxış

Azadlıq Radiosu-nun erməni bürosu ermənilərin yaşadığı kənddən reportaj hazırlayıb.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, reportajda Kəlbəcərlə sərhəddə yerləşən kəndin erməni sakinləri öz qorxularını dilə gətiriblər.

“Görürsünüz, türk gəlib başımızın üstünü kəsdirib. Kənddə arvad-uşaq var, kənd sakinlərinin çoxu qorxusundan heç mal-qaranı tövlədən çıxartmayıb. Mən birinci Qarabağ savaşının iştirakçısıyam, övladlarım isə sonrakı savaşın”, – kənd sakini deyib.

Kəndin digər sakini isə bildirib ki, yuxarıdakılar aralarındakı çəkişməni bir qırağa qoyub, xalqı düşünməlidirlər: “Körpə uşaqlarım var, hamısı qorxu içində yaşayırlar. Tələbim odur ki, bizim təhlükəsizliyimizi təmin etsinlər”.

Daha ərtaflı videosüjetdə:

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678