Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mingəçevirin təhsil müəssisələrində narkomaniya ilə bağlı maarifləndirici tədbirlər davam edir.

157 Baxış

Turanmedia.az xəbər verir ki, Mingəçevir şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək!” mövzusunda növbəti maarifləndirici tədbir 13 saylı tam orta məktəbdə keçirilib. Tədbirdə polis əməkdaşları ,təhsil sektorunun müdiri Sevinc Həsənova, Narkoloji Dispanserin həkimi Zeynəb Balakişiyeva, yuxarı sinif şagirdlər və müəllimlər iştirak ediblər. İlk öncə məktəbin direktoru Daşqın İbrahimov məktəb haqqında ümumi məlumat verib.
Görüşdə çıxış edən ŞPŞ-nin rəisi, polis polkovniki Ədalət Əliyev narkotik vasitələrin qanunsuz dövriyyəsinin müasir dövrümüzdə cəmiyyəti düşündürən və narahat edən problemlərdən biri olduğunu və respublikamızda, o cümlədən Mingəçevir şəhərində də narkomaniyanın qarşısının alınması istiqamətində bütün lazımi tədbirlərin görüldüyünü bildirib. Polis rəisi, həmçinin qeyd edib ki, gəncləri bu bəladan qorumaq, onlarda sağlam həyat tərzini formalaşdırmaq üçün birgə mübarizə aparmalı, maarifləndirmə işləri daim diqqət mərkəzində saxlanılmalıdır.Rəis narkomaniyaya qarşı mübarizənin daha faydalı olması üçün gənc və yeniyetmələrin antinarkomaniya ruhunda tərbiyə olunmasında valideynlərin, müəllimlərin, eləcə də məktəb psixoloqlarının yaxından iştirak etməsinin vacibliyini vurğulayıb.
Daha sonra Narkotiklərlə Mübarizə Qrupunun əməliyyat müvəkkili, polis leytenantı Arif Şərifov çıxışı zamanı slaydlar vasitəsi ilə narkotik vasitələrin təhlükələrini ətraflı izah edib.Bildirib ki,narkotiklərdən istifadənin təhlükəli nəticələri üzrə maarifləndirmə lazımi səviyyədə aparılmadığından,ölkədə narkomaniya”cavanlaşır”:”Onu da təəssüflə qeyd edim ki,Mingəçevir rayonlararası Narkoloji Dispanserdə 505 nəfər narkomaniyadan əziyyət çəkən şəxs qeydiyyatdadır. Onların içərisində hətta 6 nəfəri qadındır. Bizdə bu kimi tədbirləri keçirməkdə məqsədimiz siz gənclərin zərərli vərdişlərdən uzaq olmağınız üçün maarifləndirici və izahedici söhbətlər aparmaqdan ibarətdir”.
Həkim Zeynəb Balakişiyeva zərəli vərdişlər insan orqanizminə vurduğu zərərdən danışıb. Tədbirdə polis əməkdaşları erkən nikaha daxilolma kimi neqativ halların ağır nəticələrindən, erkən nikahların yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olmasından da danışılıb. Erkən nikaha daxilolma mövzusuna toxunan natiqlər, yeniyetmə vaxtlarında qızların ailə qurmasını onların gələcəkdə fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törətdiyini qeyd edərək şagirdlərin əsasən təhsilə maraq göstərmələrinin və gələcəyin yüksəkixtisaslı mütəxəssislər kimi yetişmələrinin vacibliyindən söz açıblar. Həmçinin yollarımızda hərəkət edən həm sürücülərimizin, həm müəllimlərin, həm də məktəblilərin üzərinə düşən mühüm vəzifələr barədə “Yol hərəkəti qaydalarına əməl edək” adlı mövzuda da yol polisi əməkdaşı şagirdlərlə maarifləndirici söhbətlər aparıb.
Görüşdə narkotiklərin törətdiyi fəsadlarla bağlı videoçarxlar nümayiş etdirilib, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.

Esmira Hidayətova,Mingəçevir


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678