Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakıda xəstəxanada karantin qaydaları pozuldu? – AÇIQLAMA

124 Baxış

Ötən gün sosial şəbəkədə Bakıdakı xəstəxanaların birində karantin qaydalarını alt-üst edən mənzərə ilə bağlı paylaşım edilib.

Söhbət M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının poliklinka şöbəsindən gedir. Sosial şəbəkədə paylaşılan görüntülərdə insanların növbəsiz şəkildə kabinetlərə daxil olduğu və dəhlizlərdə sıxlıq yarandığı müşahidə edilir. 

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab verən Respublika Klinik Xəstəxanasının direktoru Telman İbadov bildirib ki, sosial şəbəkədə yayılan foto kəskin hava şəraiti müşahidə edilən zaman lentə alınıb:

“Xəstəxanada sıxlıq hava şəraiti ilə əlaqədar yaranıb. Bir qədər sonra isə növbəlilik prinsipi tənzimlənib”.

Könül Cəfərli


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678