Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Polis “Niva” ilə qaçmağa çalışan qanunsuz ov edənləri saxladı

84 Baxış

Beyləqanda qanunsuz ov edənlər saxlanılıb.

Turanmedia.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə,oktyabrın 29-da gecə saat 4 radələrində Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Örənqala qəsəbəsi ərazisində xidmətdə olarkən “Ağgöl” qoruğu istiqamətindən torpaq yolla “Niva” markalı avtomobilin gəldiyini görüb onu saxladaraq özlərini təqdim ediblər.

Avtomobilin içərisində olan iki şəxsin əlində odlu silahın olduğunu görən polis əməkdaşları onlardan avtomobildən enmələrini tələb etdikdə onlar tabesizlik göstərib qaçmağa çalışıblar.

Bu zaman polis əməkdaşı havaya bir dəfə xəbərdarlıq atəşi açıb. Bundan sonra polis əməkdaşları həmin şəxsləri saxlayıblar. Onlardan 2 ədəd odlu silah və qanunsuz ovladıqları 1 ədəd qaban götürülüb.

Polis şöbəsinə gətirilən həmin şəxslərin Ağcabədi rayon sakinləri Arzuman Mamedov, Anar Quliyev və Aqil Yusifov olmaları müəyyən olunub.

Hazırda Beyləqan Rayon Polis Şöbəsinin Təhqiqat bölməsində araşdırma aparılır.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678