Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Hələ 5 il keçməyib” – Rusiya XİN-dən sülhməramlıların mandatı ilə bağlı AÇIQLAMA

76 Baxış

Rusiya Xarici İşlər Nazirliyi sülhməramlıların mandatının uzadılması ilə bağlı açıqlama verib.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Jurnalistlər oktyabrın 31-də Soçidə keçiriləcək üçtərəfli sammitdə Paşinyanın imzalamağa hazır olduğu Qarabağdakı rus sülhməramlılarının mandatının 20 ilədək uzadılması məsələsinin müzakirə edilib-edilməyəcəyi ilə bağlı xarici işlər nazirinin müavini Andrey Rudenkoya sual veriblər.

Nazir müavini aydınlıq gətirib ki, kontingent Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına uyğun olaraq bu regionda yerləşdirilib.

“Onun aydın mandatı var – beş il. Hələ beş il keçməyib”,- deyə o bildirib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678