Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bərdədə silahlı insident: 2 nəfəri kafedə GÜLLƏLƏDİLƏR

104 Baxış

Bərdə sakini kafedə həmyerlilərini güllələyib.

Turanmedia.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Bala Qacar kəndində yerləşən kafelərin birində qeydə alınıb.

Belə ki, kənd sakini Rəcəb Məmmədov aralarında yaranmış münaqişə zamanı həmkəndliləri – Sərxan Əsədova və kafenin sahibi Eldar Məmmədova odlu silahdan atəşə açaraq xəsarət yetirib.

Daha sonra hər iki yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasında çatdırılıb.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.

R.Məmmədovun məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat tədbirləri davam edir.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678