Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İNDİKİ DÖVRDƏ BÖYÜK-KİÇİK MÜNASİBƏTLƏRİ NECƏDİR?

114 Baxış

İNDİKİ DÖVRDƏ BÖYÜK-KİÇİK MÜNASİBƏTLƏRİ NECƏDİR? ONSUZDA, BƏLLİ OLAN BƏLLİDİR: YENƏ DƏ BİR BAXIŞ KEÇİRƏK

Haradasa 15-16 il əvvəl, yəni ki, 2006-2007-ci illərdə böyük-kiçik davranışı öz səviyyəsində olduqca çox yaxşı idi. Bir sözlə, kiçiklər böyüklərə qarşı dərin hörmət ilə yanaşar, onların bir sözünü iki etməz, ağsaqqallar olan yerdə görünməzdilər. Xüsusilə də ki, kiçiklər özlərindən yaşca böyüklərin qulluğunda sevə-sevə dayanardılar. Yeri gəlmişkən, bu gözəl münasibət dədə-babalarımızdan gələn bir irs və miras idi.

Amma çox böyük bir təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bu günümüzdə, yəni 2022-ci ildə 16 il əvvəl olan ədəb-ərkanı görə bilmirik. Bir çox gənclər yaşlıların üzünə ağ olur, onlarla məzələnir və böyükləri saymırlar. Xüsusilə də ki, kiçiklər böyüklərin gözünün içərisinə zillənir.

Halbuki, 16 il əvvəl biz böyüklərin sifətinə diqqət ilə baxmağa çəkinər, utanar və abır-həya edərək onların qarşısında başımızı aşağı salardıq.

Lakin, indi isə, nə yazıq ki, elə deyil. Gənclərin çoxu Avropa, Qərb mədəniyyətinə meyil göstərir, milli düşüncələri isə tamamilə sıfır dərəcəsindədir.

Bir-iki faiz insanı çıxmaq şərtilə onu deyə bilərəm ki, gənc qızlar və oğlanlar böyük qarşısında özlərini lazımınca apara bilmirlər: gənclər böyük qarşısında uzanır, ayağını ayağının üstünə aşırdır, yüksəkdən çox eybəcər bir şəkildə gülür, nəqliyyatda gedərkən, böyüklərə yer vermirlər.

Azərbaycan gəncliyi olduqca çox və çoxdan da çox səfeh bir gənclikdir və bu dırnaqarası gənclik çox səviyyəsiz bir dövrə qədəm qoymuşdur. Cavanların geyim-kecimi, rəftarı, hərəkətləri xoşagəlməzdir. Xüsusilə də ki, bir çox qızların….

Sözün həqiqi mənasında, özündən böyüyə hörmət edən, ağsaqqal sayan yoxdur. Belə olduğu təqdirdə, bu cür gənclikdən heç bir uğur, nailiyyət və parlaq gələcək gözləmək olmaz.

Gənclərə nəsihət odur ki, böyüklərin hörmətini saxlasınlar, hərəkətlərinə fikir versinlər. Bilsinlər li, bir vaxt gələcək, onlar da yaşlı olacaqlar və vaxtı ilə, özlərindən böyüklərə etdikləri hörmətsizliyi özlərindən balacalar onlara edəcəklər.

Ən əsası da ki, gənclər milli abu-havaya qayıtsınlar. Bura əxlaqsız Qərb və ya iyrənc Avropa deyil!

Bura şanlı keçmişi, böyük əcdadları, parlaq tarixi, adət-ənənələri, mədəniyyəti, yüksək əxlaqi mentaliteti, ədəb-ərkanı olan odlar yurdu Azərbaycandır!!!

 

Ərtoğrul Mehdizadə


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678