Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Yaşadığımız mühitin təmizliyi həm də bizim sağlamlığımızdır”

128 Baxış

Turanmedia.az xəbər verir ki, “Eko-TES” Ekoloji Tədqiqatlar və Maarifçilik ictimai birliyi Azərbaycan Respublikasının QHT -lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yaşadığımız mühitin təmizliyi həm də bizim sağlamlığımızdır” adlı layihə həyata keşirib.layihə tullantıların idarəolunması, onların sağlamlığa təsiri tullantıların xammala çevrilməsi məsələlərinə həsr olunub.

Layihədə mütəxəssislərin köməyi ilə iki televiziya verilişi hazırlanıb.

Məişət tullantılarının idarə olunmasının Azərbaycan modelinin necə olması məsələsi araşdıraşdırılıb,. Ölkəmizdə məişət tullantılarının vahid idarəçiliyi necə həyata keçiriləcəyini Mingəçevir şəhəri timsalında modelini qurmağa çalışılıb. Tullantının xammala çevrilməsi,onun əhəmiyyətindən danışılıb. Əhalinin tullantılara,məişət zibillərinə münasibəti onun sağlamlıq göstərdicisidir fikri geniş tamaşaçı kütləsinə aşılanıb. Televiziya verilişlərində kommunal xidmətin bu sahədə problemləri təhlil edilib, biznesmenlərə məsləhətlər verilib.

Layihə dövlət qurumları ilə QHT birliyinə yaxşı misal ola bilər.

Hazırladığımız təklifləri dövlət qurumlarına və şəhər rəhbərliyinə təqdim edəcəyik. Əhalinin tullantıalara münasibətini dəyişdirməyə,onu optimallaşdırmağa çalışacağıq. KİV və Televiziya vasitələrindən istifadə etməklə işlərimizi və onun nəticələrini ictimaiyyətə çatdırmağa çalışacağıq.

 

Televiziya verilişin linkləri

1 verilish

 

2 ci verilish

 

Esmira Hidayətova,Mingəçevir


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678