Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

2020-ci ildə Dövlət Neft Fondu tərəfindən satılan dolların həcmi artıb

142 Baxış

Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2020-ci il ərzində 7 milyard 303,64 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Fonddan Oxu.Az-a verilən məlumata əsasən, bu, 2019-cu illə müqayisədə, 709,78 ABŞ dolları və ya 10,8 faiz çoxdur.

2020-ci ilin dekabr ayı ərzində Fond tərəfindən 637,74 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Bu, 2020-ci ilin noyabr ayı ilə müqayisədə, 28,7 faiz çox, 2019-cu ilin dekabr ayına nisbətən isə 28,1 faiz azdır.

Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2019-cu il ərzində 6 milyard 593,86 milyon ABŞ dolları məbləğində vəsait satılıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678