Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Naxçıvanın sabiq daxili işlər naziri azadlığa buraxıldı?

68 Baxış

Naxçıvan Muxtar Respublikasının həbsdə olan sabiq daxili işlər naziri Əhməd Əhmədovun səhhəti pisləşib.

Turanmedia.az qafqazinfo.az-a istinadən xəbər verir ki, o, bu gün həbsxanadan xəstəxanaya köçürülüb.

Onun Naxçıvan diaqnostika müalicə mərkəzinə köçürüldüyü bildirilir.

Qeyd edək ki, Əhməd Əhmədov dekabrın 2-də Naxçıvan Ali Məhkəməsinə çıxarılmalıdır.

Xatırladaq ki, Əhməd Əhmədov 2003-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri olub. O, 2020-ci ildə vəzifəsindən azad edilib. 2021-ci ildə onun barəsində cinayət məcəlləsinin 179-cu maddəsi ilə (külli miqdarda mənimsəmə) cinayət işi başlanıb və o həbs edilib. Naxçıvan Hərbi Məhkəməsi ona 11 il azadlıqdan məhrumetmə cəzası verib.

Əlavə edək ki, bu gün Əhməd Əhmədovun azadlığa buraxılması ilə bağlı məlumatlar yayılmışdı.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678