Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Kəlbəcər sakini: “Dizimi qoyub, torpağı öpəcəyəm” – VİDEO

142 Baxış

“Vətən həsrəti bütün həsrətlərin ən ağırıdır. Bizlər bu ağır hissləri uzun illər yaşadıq”. 

Bu, 82 yaşlı Humay Kamalova Kəlbəcərin işğaldan azad olunması xəbərini duyduqda ilk dilə gətirdiyi sözlər olub.

Humay nənə Kəlbəcər rayonundan ömrünün 55-ci ilini yaşadığı zaman zorla çıxarılıb.

Azərbaycanın hər bir yeri vətən olsa da, Kəlbəcərin onun könlündə bir başqa yeri var. Kamalovlar ailəsi Kəlbəcər rayonunun ən ucqar ərazilərindən biri hesab edilən Yellicə kəndindəndirlər. Kəlbəcərdə döyüşlər başlayanda Humay nənənin oğlu Ələsgər Kamalovun 22 yaşı var idi. 

Ali məktəbi bitirir və Kəlbəcərin müdafiəsində iştirak edir. Lakin dağların qoynunda yerləşən yurd yeri işğal olunur. Vətəninə qayıtmaq ümidi heç zaman sönmür. Müəllim ailəsi olan Kamalovlar Kəlbəcər rayonunda pedaqoji fəaliyyətlə məşğul olub.

Digər oğul Əsgər Kamalov ata yurdu olan Yellicə kəndində məktəb direktoru işləyib. Deyir, ermənilərin indi yandırdığı evlər vaxtilə kəlbəcərlilərin idi. Heç bir zaman o torpaqlarda nə erməni yaşayıb, nə də erməni olub. 

İndi bu ailədə Kəlbəcəri görməyən kəlbəcərlilər böyüyüb. Lakin vətəni görmək istəyi, ata yurdunda yaşamaq arzusu nəsildən nəsilə ötürülüb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678