Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“İranın səbrinin bir həddi var, lazım gələrsə, sərt cəzalandıracaq” – Tehran Bakını HƏDƏLƏDİ

78 Baxış

İran mediası yenidən Azərbaycanı hədələyib.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, İranın “Mashreg News” saytında iranlı politoloq Həsən Hanizadənin Azərbaycanı təhdid edən yazısı dərc olunub.

Həsən Hanizadə Azərbaycan Prezidenti İlham Əliyevin İranla bağlı son bəyanatlarına münasibət bildirib:

“Cənab Əliyevin bəyanatları Azərbaycanın siyasi-coğrafi dairəsindən kənara çıxır və burada Amerika, sionist rejim və Türkiyənin dəstəyi var.

İran Azərbaycanda problemlər yarada bilər, Türkiyə və Amerikanın İrana qarşı təzyiqləri İranla Azərbaycan arasında uçurum yaratmaq məqsədi daşıyır.

Amma Azərbaycan bilməlidir ki, İran təmkin nümayiş etdirib və Azərbaycanla sərhəddə gərginlik yaratmamağa çalışıb. Lakin İranın səbrinin bir həddi var, lazım gələrsə, sərt cəzalandıracaq.

Region yeni müharibəyə dözə bilməz, xüsusən də Mərkəzi Asiya regionu. İranın bu regionla siyasi və iqtisadi baxımdan geniş əlaqələri var. Lakin bu davranış qətiyyən əbədi deyil və lazım gələrsə, İran buna tez və ciddi reaksiya verəcək”, – deyə Hənizadə bildirib.

O, Ermənistanın İrandan pilotsuz təyyarələr aldığı barədə rəsmilərin açıqlamalarını şərh edib.

“İran Amerika, Rusiya və Çin kimi adi silahlar və pilotsuz təyyarələr istehsalçısıdır və istədikləri ölkəyə silah satmaq İranın haqqıdır. Amma bu o demək deyil ki, Ermənistanın İrandan aldığı silahlar Azərbaycana qarşı istifadə olunacaq. İranın silahları müdafiə xarakterli və adi silahdır.

Bu arada Azərbaycan sionist rejimdən, Qərbdən və ABŞ-dan hər cür silah alır. Hətta onları hərbi bazalarla təmin edir ki, bu da İranın milli təhlükəsizliyi üçün mühüm təhlükə hesab olunur”.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678