Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Tacikistanda güclü zəlzələ baş verib: Ölənlər var

137 Baxış

Şənbə günü səhər Tacikistan ərazisində 6 bal gücündə zəlzələ qeydə alınıb. Təbii fəlakət nəticəsində beş nəfər həlak olub.

Bu barədə “RİA Novosti” Tacikistanın Fövqəladə Hallar Komitəsinin mətbuat mərkəzinin rəhbəri Umeda Yusufiyə istinadla bildirib.

“Yeraltı təkanların episentri Düşənbədən 165 kilometr şimal-şərqdə və Rəşt bölgəsindən 21 kilometr şərqdə olub. Zəlzələnin episentrində yeraltı təkanlar 6 bal, Düşənbədə 3 bal olub. Beş nəfər ölüb” , – deyə Yusufi xəbər verib.

Onun sözlərinə görə, Rəştdən olan iki azyaşlı sakin yaralanıb və xəstəxanaya yerləşdirilib.

İlkin məlumatlara görə, zəlzələnin episentrindəki iki kənddə 19 evə ziyan dəyib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678