Ukraynanın müdafiə naziri işdən çıxarıldı

8 Baxış

Ukrayna Prezidenti Volodimir Zelenski Aleksey Reznikovun müdafiə naziri vəzifəsindən azad edildiyini açıqlayıb.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, o, bu barədə özünün “Telegram” kanalında yazıb.

Prezident hazırda nazir vəzifəsinin icrasını Rüstəm Umerova tapşırıldığını bildirib.

“Ali rada Umerovu yaxşı tanıyır. Parlamentdən bu namizədə dəstək gözləyirəm”, – o qeyd edib.

Qeyd edək ki, 41 yaşlı Rüstəm Ənvər oğlu Umərov əslən Krım tatarıdır. O, 2019-cu ildən Ukrayna Ali Radasının xalq deputatıdır. Siyasətçi həmçinin Krım Tatar Milli Qurultayının nümayəndəsi və Mustafa Əbdülcəmil Qırımoğlunun müşaviridir.