Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Yol açıldı, azərbaycanlı ekspertlər Xankəndiyə getdi

74 Baxış

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sorğusu əsasında Müdafiə Nazirliyi Rusiya sülhməramlı qüvvələrinin komandanlığına onların müvəqqəti olaraq yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntıların qanunsuz istismarı və bundan əmələ gələn ekoloji fəsadların araşdırılması və monitorinqi məqsədilə ölkəmizin aidiyyəti qurumlarının mütəxəssislərinin həmin ərazilərə göndərilməsi barədə müraciət edib.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, danışıqlar nəticəsində Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “AzərGold” əməkdaşları sülhməramlıların müşayiəti ilə Xankəndiyə yollanıblar.

Sülhməramlıların müvəqqəti dislokasiya olunduğu Azərbaycanın Xankəndi şəhərindəki qərargahında ölkəmizin Qarabağ regionunda ekoloji monitorinqin təşkili və aparılması məsələsi müzakirə olunacaq.

Qeyd edək ki, 3 saatlıq müzakirədən sonra Laçın dəhlizində formalaşmış tıxac da aradan qalxıb.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678