Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qarabağdakı Rusiya sülhməramlılarının geyimində “Z” işarəsi

69 Baxış

Xəbər verdiyimiz kimi, dekabrın 3-də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə gedərək, Xocalıda sülhməramlı qüvvələrin qərargahında sülhməramlıların komandanlığı ilə müzakirələr aparıblar.

Müzakirələr əsnasında Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində aparılan qeyri-leqal iqtisadi fəaliyyətlər çərçivəsində faydalı qazıntıların qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlarla bağlı narazılıq ifadə olunub.

3 dekabr tarixində 18:00 radələrində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları Şuşa şəhərinə qayıdıblar.

Modern.az-ın məlumatına görə, Gorus-Xankəndi yolunun Şuşa şəhəri yaxınlığından keçən hissəsində Azərbaycan nümayəndə heyətini qarşılayan və onlarla söhbət aparan Rusiya sülhməramlı kontingentinin əsgərlərinin geyimindəki “Z” işarəsi diqqət çəkib.

Qeyd edək ki, Rusiya ordusunun Ukraynadakı müharibədə iştirak edən hərbçilərinin geyimində və hərbi texnikasının üzərinə “Z” işarəsindən istifadə olunur.

Rus əlifbasında olmayan “Z” hərfi Rusiyanın Ukraynada başlatdığı müharibədə bir simvola çevrilib.

Rusiya Müdafiə Nazirliyi Ukrayna müharibəsinin əvvəlində verdiyi açıqlamada hərbçilərin və hərbi texnikanın üzərindəki “Z” işarəsinin açıqlamasını “Za pobedu” (“Qələbə uğrunda”) mənasına gəldiyini bildirmişdi.

Onda Ukraynada qələbə uğrunda döyüşən Rusiya ordusunun Qarabağda bu işarədən istifadə etməsinin anlamı nədir?!


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678