Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“F-16″lar Araz sahilində – İrana göstərilən “qardaş yumruğu”

72 Baxış

Türkiyə birgə təlimlərdə iştirak üçün F-16-ları Azərbaycana göndərib: bu, 2001-ci ildə İran Xəzər dənizində Azərbaycanın suveren sularını pozduğu zaman “Türk şahinləri”nin Bakıya gəlməsindən sonra Ankaranın ikinci gedişi hesab edilə bilər.

Turanmedia.az xəbər verir ki, hazırda İranla sərhəddə Azərbaycan və Türkiyə ordusunun birgə hərbi təlimləri davam edir. Təlimlərdə Araz çayının üzərindən panton körpünün salınması, xüsusi təyinatlı qüvvələrin düşmənin arxasına döyüş tapşırıqlarını icra etməsi kimi mühüm ssenarilər məşq edilir. O cümlədən, Hərbi Hava Qüvvələri də təlimlərdə iştirak edir. “F-16″ların Azərbaycana gəlməsi də buna hesablanıb.

Və bütün bu addımlar sərhəddə hərbi təlimlər keçirən İranın Azərbaycanı təhdid etmək cəhdinə verilən tutarlı cavabdır.

Azərbaycan və Türkiyənin birgə təliminin “Qardaş yumruğu” adlandırılması da bu kontekstdə təsadüfi deyil: Bakıya dilı uzadan mollalara sözün gerçək mənasında “qardaş yumruğu” göstərilir.(publika.az)

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678