Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rusiyanın miqrasiya siyasətinin mürəkkəbliyi və ya 120 min azərbaycanlı nə etməlidir? – Vəkildən AÇIQLAMA

120 Baxış

Rusiyaya kiçik və ya uzun müddətə səyahət edən hər bir azərbaycanlı qaçılmaz olaraq miqrasiya qeydiyyatında çətinliklə üzləşir.

İndi əmək miqrantlarının problemlərinə koronavirus pandemiyası da əlavə edildi.

Sərhədlərin bağlanması xarici ölkə vətəndaşlarının Rusiya ərazisində qalması üçün həyata keçirilən leqallaşdırılma prosedurunu daha da çətinləşdirdi.

Bununla əlaqədar olaraq, Rusiya Prezidenti Vladimir Putin (15 dekabr 2020-ci il tarixində) fərman imzalayaraq Rusiya ərazisində yaşayış üçün verilən istənilən növ icazəsinin etibarlılığını 15 İyun 2021-ə qədər uzatdı.

Bu yaxınlarda Rusiya Daxili İşlər nazirinin birinci müavini Aleksandr Qorovoy, bu fərmandakı güzəştlərin şamil olunduğu MDB vətəndaşlarının 15 iyun tarixinə qədər Rusiya ərazisini tərk etməsinin lazım olduğunu qeyd etdi.

Onların arasında azərbaycanlılar sayı 120 min nəfər təşkil edir.

Daha sonra isə Azərbaycan vətəndaşlarının Rusiya Federasiyasını 15 iyuna qədər deyil, 15 maya qədər tərk etməli olduğuna dair xəbər çıxdı.

Bu məqam Rusiyada yaşayan soydaşlarımızı ciddi şəkildə narahat etdi. Şahidlərin sözlərinə görə, Azərbaycanın Moskvadakı səfirliyi qarşısında uzun növbələr yaranıb.

Vəziyyəti aydınlaşdırmaq üçün Oxu.Az azərbaycanlıların hüquqlarının müdafiəsi ilə məşğul olan, Rusiyanın fəxri vəkili Ələkbər Qarayevə müraciət edib.  

Onun sözlərinə görə, miqrasiya qeydiyyatının uzadılması vaxtı ilə bağlı çaşqınlıq, Rusiya Prezidentinin yuxarıda göstərilən fərmanındakı bənddəki düzəlişi səbəbindən meydana gəlib.

“Fərmanda hava və ya digər nəqliyyat əlaqələrinin bərpası halında həmin ölkələrin vətəndaşlarının 90 gün ərzində Rusiya Federasiyasını tərk etmələrinin lazım olduğu qeyd olunurdu. Rusiya və Azərbaycan arasında aviareyslər 15 fevral 2021-ci ildə açılıb və bu tarix müvafiq olaq 90 gün sonra –  may ayının 15-də bitir”, – vəkil qeyd edib.

Əlbəttə, ölkə hüdudlarını tərk etmək üçün istənilən zaman vaxt tapmaq mümkündür.

Ancaq nəqliyyat vasitələrindən yalnız aviasiya xidmətinin mövcud olduğunu nəzərə alsaq, Azərbaycan vətəndaşlarının Rusiya Federasiyası prezidentinin fərmanında qeyd olunan şərtlərin yerinə yetirilməsi zamanı çətinliklərlə üzləşməsi qaçılmazdır.

Miqrasiya orqanları ilə təmasda olan Ə.Qarayevin sözlərinə görə, bütün bunlar nəzərə alınır və çox güman ki, icazənin uzadılması müddəti bir aya qədər, yəni 15 iyuna qədər artırılacaq.

“Bu, dost ölkələrin vətəndaşlarına qarşı sanksiyaların tətbiq edilməməsi üçün edilir. Müvəqqəti yaşamaq hüququna sahib olan və ya oturma icazəsi olan insanlar yeni qanunların onlara da şamil olunduğunu düşünərək mənə müraciət edirlər. Ancaq qeyd edim ki, sərəncam yalnız Rusiyaya qısa müddətə gələnlərə aiddir”, – deyə Ə.Qarayev açıqlamasında bildirib.

Azərbaycanın Rusiyadakı səfirliyinin, Sankt-Peterburq və Yekaterinburqdakı baş konsulluqlarının binası qarşısındakı növbələrə gəldikdə isə vəkil bildirib ki, bu, pasportlarının karantin müddəti ərzində istifadə tarixinin bitməsi ilə əlaqədardır.

“Bu məsələ ilə uçuşların açıldığı gündən, yəni 15 fevraldan bəri məşğul olmalı idilər. Həmişəki kimi insanlar nə isə gözləyirdi və indi hamı konsulluqlara axışıb. Diplomatik nümayəndəliklərin əməkdaşları bu izdihamı necəsə tənzimləməyə məcburdurlar”, – vəkil söyləyib.

Ə.Qarayev həmçinin xəbərdarlıq edib ki, vətəndaşlığından asılı olmayaraq Azərbaycana getmək istəyən hər kəs mütləq şəkildə koronavirus testindən keçməlidir.

Üstəlik koronavirus testindən doğuşundan 10 gün sonra başlayaraq bütün körpələr keçməlidir.

Oxu.Az Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyinə yuxarıda qeyd olunan mövzu ilə əlaqədar sorğu göndərib. Diplomatik nümayəndəlikdən bu problemlə bağlı yaxın vaxtlarda rəsmi açıqlamanın veriləcəyini bildiriblər.

Namiq Həsənov


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678