Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mingəçevirdə “Narkomaniyaya yox deyək” , “Erkən nikah və onun fəsadları” mövzularında maarifləndirmə tədbirləri keçirilib

165 Baxış

Turanmedia.az xəbər verir ki, Mingəçevir şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə şəhərin 9 N-li tam orta məktəbində “Narkomaniyaya yox deyək” , “Erkən nikah və onun fəsadları”,”yol hərəkəti qaydalarına əməl edək”, “dini radikalizm ,ekstremizmin mahiyyəti və təhlükələri” və digər zərərli vərdişlərə qarşı mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib. Əvvəlcə şəhərin təhsil sektorunun müdiri Sevinc Həsənova zərərli vərdişlərlə mübarizədə maarifləndirici görüşlərin əhəmiyyətini vurğulayaraq, polis əməkdaşlarına məktəblərdə maarifləndirici tədbirlərin keçirilməsinə görə minnətdarlıq bildirib.
Tədbirdə çıxış edən ŞPŞ-nin rəisi, polis polkovniki Ədalət Əliyev əvvəlcə Polis Akademiyasında təhsil almaq arzusunda olan şagirdlərə akademiya barədə məlumat verib,şagirdlər video çarx vasitəsi ilə akademiya ilə tanış olublar. Şöbə rəisi çıxışında yeniyetmələri sağlam həyat tərzi keçirməyə, ətraf aləmin gözəlliklərindən – təbiətdən, kitablardan, maraqlı insanlarla ünsiyyətdən zövq almağa, faydalı bilik və bacarıqlar öyrənməyə çağırıb. Qeyd edib ki, bizi narahat edən məsələlər var, bu da narkomaniyadır və ən əsası da narkomaniya gizli həyata keçirilir, sosial şəbəkələr üzərindən bu bəlanı gənclərimizə ötürürlər.Rəis narkotiklərin qanunsuz dövriyyəsinin cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərlərdən ətraflı bəhs edib. Bu istiqamətdə hüquq-mühafizə orqanlarının, o cümlədən polisin apardığı qətiyyətli mübarizəsi barədə tədbir iştirakçılarını məlumatlandırıb. O, yeniyetmə və gənclərimizə yüksək təhsil almaqlarını, müasir informasiya texnologiyalarından istifadə etməyi bacarmalarını, idmanla məşğul olmalarını, milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda böyümələrini, vətənpərvər kimi hər zaman ölkəmizin müdafiəsinə hazır olmalarını və cəmiyyətdə sağlam fərdə çevrilmələrini tövsiyə edib.
Narkomaniyaya qarşı mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis mayoru Emir Cavadov çıxışı zamanı narkomaniyanın törətdiyi fəsadlardan ətraflı məlumat verib. Tədbir zamanı həmçinin slaydlar vasitəsi ilə şagirdlərə narkotik vasitələr göstərilib və onların təhlükələri ətraflı izah edilib. Həmçinin çıxış edən polis kapitanı Rövşən İsmayılov “dini radikalizm ,ekstremizmin mahiyyəti və təhlükələri barədə məlumat verib. “Yol hərəkəti qaydalarına əməl edək “mövzusunda çıxış edən yol polisi əməkdaşı uşaqların təhlükəsizliyi üçün əsas məsuliyyəti biz daşıyırıq dedi.Qeyd edib ki,yanlarında olmadığımız zaman belə,verdiyimiz məsləhətlər və şəxsi nümunəmiz onları təhlükələrdən qoruyur.Qeyd olunub ki,2022-ci il ərzində Mingəçevir ŞPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən orta məktəblərdə dəfələrlə görüşlər keçirilmişdir. Tədbirdə digər polis əməkdaşları “Erkən nikah və onun törətdiyi fəsadlar” barədə geniş məlumat verib.
Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Esmira Hidayətova,Mingəçevir


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678