Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mübariz Qurbanlı: “İşğal edilən ərazilərdə məscidlər erməniləşdirilməyə çalışılıb”

118 Baxış

“İşğaldan azad olunan ərazilərdə məscidlər, kilsələr, eləcə də Qafqaz Albaniyasına aid məbədlər var. Onların bərpası istiqamətində ciddi tədbirlər həyata keçirilir”.

Oxu.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, bununla bağlı Prezident İlham Əliyev Şuşada çıxışı zamanı fikirlər səsləndirib:

“O qeyd etdi ki, işğaldan azad olunmuş ərazilərdə təmir işləri həyata keçiriləcək. Qəsbkar ermənilər işğaldan azad edilən ərazilərdə olan bütün dini abidələri demək olar ki dağıdıblar. 67 məsciddən cəmi bir məscid qalıb ki, onu da erməniləşdirməyə çalışıblar. Bəzi məscidlər yarımdağıdılmış vəziyyətdə olub, bəziləri isə ümumiyyətlə məhv edilib”.

M.Qurbanlı onu da əlavə edib ki, bu ərazilərdə olan Provaslav kilsələr də ya dağıdılıb, ya da erməniləşdirilməyə çalışılıb.

“Həmin ərazilərdə islama aid olan dini abidələr içərisində məscidlərin bərpası istiqamətində artıq işlərə başlanılıb. O cümlədən Qafqaz Albaniyasına aid olan dini məbədlərə Alban Dini İcmasımın səfərləri təşkil edilir. Həmin kilsələrin də bərpası istiqamətində addımlar atılır. Ümid edirəm ki, bu işlər də işğaldan azad edilən ərazilərdə aparılan abadlıq-quruculuq işləri çərçivəsində yaxın zamanda tam şəkildə həll ediləcək”.

Könül Cəfərli


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678