Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Çeliyin yubileyi ilə əlaqədar dostları xoş sürpriz etdi – FOTO

125 Baxış

Məşhur türkiyəli müğənni Çeliyin musiqi karyerasının 35-ci ili ilə əlaqədar ən sevilən mahnıları sənətçi dostları tərəfindən yenidən ifa edilib.

Bu barədə “Haber Global” xəbər yayıb.

Mayın 28-də yayımlanacaq və içərisində 12 bəstənin olacağı “Devir degişti” albomunda Fatih Erkoç, Emre Aydın, Cem Adrian, Pamela, Halil Sezai, Umut Kuzey, İskender Paydaş və Orkestri, Oğuzhan Uğur, Gülçin Ergül, Can Gox və Rubato oxuyublar.

“Bu albomdakı hit mahnıları dinləyərkən həqiqətən də fərqli xüsusiyyətlərə, görüşlərə sahib, hər birinin dəyişik musiqi stili olan sənətçilərin mahnılarıma qatdığı ruha şahid olacaqsınız”, – deyə Çelik albomu ilə əlaqədar bildirib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678