Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mingəçevirdə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş elmi-nəzəri konfrans keçirilib

144 Baxış

Mingəçevirdə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş elmi-nəzəri konfrans keçirilib

Turanmedia.az xəbər verir ki,  Mingəçevir şəhər İcra Hakimiyyəti və YAP şəhər təşkilatının birgə təşkilatçılığı ilə müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Heydər Əliyev-tarixi şəxsiyyət,görkəmli dövlət xadimi,əbədiyaşar lider”mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin və YAP Mingəçevir şəhər təşkilatının birgə təşkil etdiyi tədbirdə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. Əvvəlcə ulu öndərin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub. Daha sonra çıxış edən icra hakimiyyətinin başçısı İlham İsmayılov qeyd etmişdir ki, Azərbaycan tarixinin böyük bir dövrü Heydər Əliyevin adı ilə qırılmaz surətdə bağlıdır. O, Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrləri haqqında danışaraq bildirmişdir ki, Mingəçevirin sosial-iqtisadi inkişafında da Heydər Əliyevin çox böyük xidmətləri olmuşdur. Mingəçevir məhz onun dövründə böyük sənaye və energetika şəhərinə çevrilmişdir.

Konfransda YAP Mingəçevir şəhər təşkilatının sədr müavini Bəxtiyar Mustafayev “Ümummilli lider Heydər Əliyev dövlətçilik tariximizdə xüsusi xidmətləri olan tarixi şəxsiyyətdir”, MDU dosenti Esmira Cəfərova”Heydər Əliyev şəxsi keyfiyyətlərə malik olan dövlət xadimidir”,Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Ədalət Quliyeva “Heydər Əliyev Əməlləri ilə qəlbimizdə yaşayan əbədiyaşar liderdir”,MİH hüquq şöbəsinin baş məsləhətçisi Cavid Məmmədov “Müasir Azərbaycanın uğurları ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf yolunun davamıdır” mövzularında çıxış etmişlər.

Esmira Hidayətova,Mingəçevir


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678