Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Koronavirusa görə bağlanan məktəblərin siyahısına daha biri əlavə olundu

129 Baxış

Qax şəhərində yerləşən N.Allahverdiyev adına Qax şəhər 2 nömrəli məktəb-liseyində dərslərin distant formada keçirilməsi qərara alınıb.

Oxu.Az-ın əldə etdiyi məlumatına görə, buna səbəb məktəbdə müəllim və şagirdlər arasında koronavirusun (COVID-19) yayılmasıdır.

Dərslər iki həftəlik distant formada davam etdiriləcək.

Qeyd edək ki, respublika üzrə bir çox məktəb koronavirusa görə dərsləri distant formada davam etdirir.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678