Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Aqil Qurbanov bu sahəyə cavabdeh olacaq

76 Baxış

Azərbaycan müdafiə nazirinin müavini vəzifəsinə təyin edilmiş Aqil Qurbanov nazirlikdə Hərbi-texniki təchizat üzrə məsələlərə cavabdeh olacaq.

Turanmedia.az Axar.az-a istinadən xəbər verir ki, o, müdafiə nazirinin hərbi-texniki təchizat üzrə müavini vəzifəsinə təyin olunub

Yeni nazir müavininin 36 yaşı var.

A.Qurbanov 15 avqust 1986-cı ildə Bakı şəhərində anadan olub. 2004-2008-ci illərdə Prezident Yanında Dövlət İdarəçilik Akademiyasında bakalavr təhsili alıb. 2012-2014-cü illərdə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində magistr təhsili alıb. 2015-2019-cu illərdə “PAŞA Holdinq” MMC-də investisiyalar üzrə direktor olub.

Daha sonra Sumqayıt Texnologiyalar Parkının Müşahidə Şurasının sədri vəzifəsində çalışıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9.12.2022-ci il tarixli sərəncamı ilə Qurbanov Aqil Səlim oğlu müdafiə nazirinin hərbi-texniki təchizat üzrə müavini vəzifəsinə təyin olunub.

Ailəlidir. İki övladı var.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678