Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakı erməni feykini iki zərbə ilə darmadağın etdi

70 Baxış

– Xankəndinə qaz verilişi dayandırılıb;

– Bir neçə günə tibbi ləvazimatlar qurtaracaq;

– Uşaqlar küçədə qalıb, evlərinə qayıda bilmir;

– Enerji təchizatı, benzin və dizel yanacağı, zəruri ərzaq təminatı kəsilib;

– İrəvana aparılması planlaşdırılan ağır xəstələr var.

Və bu kimi iddialar Ermənistanın “Azərbaycan Qarabağda “humanitar fəlakət” törədir” kampaniyasına hesablanmış dezinformasiyalardır. Bu kampaniyanı daha da genişləndirəcəklər, erməni diasporu/lobbisi də bu istiqamətdə aktivləşəcək. Ötən ilin qışında qaz kəsiləndə də eyni taktikaya əl atmışdılar.

Artıq təcrübəsi olan rəsmi Bakı bu kampaniyaya qarşı iki gediş etdi.

Birincisi, ölkədə akkreditə olmuş diplomatik korpusun nümayəndələri və hərbi attaşeləri məlumatlandırdı. İkincisi, erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa hazır olduğunu bəyan etdi.

Bu işin daha geniş şəkildə davam etdirilməsi zərurəti var:

– ermənilərin dezinformasiyasına qarşı faktları xarici mediaya çıxarmaq olar;

– erməni əhalisinə yardımların edilməsi praktiki formada nümayiş etdirilə bilər: misal üçün, Xankəndiyə göndərilməsi üçün ərzaq və tibbi ləvazimatlardan ibarət yüklər hazırlamaq, bunu nümayiş etdirmək lazımdır; bununla həm dünya, həm də ermənilərə Bakının yardım bəyanatının reallığına dair müsbət siqnallar göndərmək olar.(axar.az)

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678