Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İran ərazisində yerləşən Astara terminalından aşırılan yüklərin həcmi bilindi – FOTO

145 Baxış

2020-ci ildə İran İslam Respublikası ərazisində yerləşən Astara terminalında aşırılan yüklərin ümumi həcmi artıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti “ADY Express” MMC-dən verilən məlumata əsasən, 2020-ci ildə terminalda aşırılan yüklərin ümumi həcmi 422,1 min ton və ya 8 min 918 vaqon təşkil edib ki, bu da 2019-cu illə müqayisədə, 16 faiz çoxdur.

Belə ki, 2019-cu ildə Astara terminalında aşırılam yüklərin ümumi həcmi 363,8 min ton təşkil edib. Orta hesabla 2020-ci il ərzində Astara terminalında, gündəlik aşırılan yüklərin həcmi 1384 ton və ya 29 vaqon təşkil edib.

Yüklərin növünə gəldikcə, 12 ay ərzində aşırılan yüklərin 37 faizi taxta və taxta materialları, 20 faizi tikinti materialları (sement, klinker, kafel və s.), 13 faizi meyvə və tərəvəzlər, 11 faizi konteyner, 8 faizi dənli bitkilər (arpa, taxıl, buğda və mərci), 11 faizi isə digər yüklərə aid olub.

Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Astara yük terminalından keçən yüklərin əksəriyyəti Rusiya və İrana aiddir.

Ötən ilin 12 ayı ərzində buradan keçən yüklərin 75 faizi Azərbaycan ərazisindən nəql edilən tranzit yüklərin payına düşüb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678