Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Vasif Talıbov Naxçıvana necə qayıdıb? – İlk dəfə hava limanının…

99 Baxış

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov 8 günlük Bakı səfərindən sonra dünən Naxçıvana qayıdıb.

Turanmedia.az Tns.az-a istinadən xəbər verir ki, Vasif Talıbov ilk dəfə hava limanının Prezident çıxışından istifadə etməyib. Bu dəfə Vasif Talıbovu xidməti maşını təyyarənin trapının yanında qarşılamayıb. O, digər deputatlar kimi, Naxçıvan Beynəlxalq Hava Limanının VİP salonundan keçib. Vasif Talıbovu oğlu Seymur Talıbov qarşılayıb və öz şəxsi avtomibili ilə Naxçıvan şəhərinə aparıb. İddialara görə, onun xidməti maşından istifadəsi qadağan edilib.

İdiyədək Vasif Talıbov Bakı şəhərinə gəlib-qayıdarkən hava limanının Prezident salonundan istifadə edirdi. Həmin ərazi digər sərnişinlər üçün qapalıdır, yəni Vasif Talıbovu hava limanının ərazisində heç kim görmürdü. Dünən isə Talıbov adi sərnişin kimi Naxçıvana qayıdıb, onun hansı əhvalla muxtar respublikaya qayıtdığını bir çox insan müşahidə edib.

Bundan başqa, Vasif Talıbov yenə ilk dəfə polis avtomobilinin müşayiəti olmadan hərəkət edib. Qeyd edək ki, müşayiətçi polis dəstəsinin qayıdışdan bir gün əvvəl ləğv edildiyi bildirilirdi.

Məlumatlara görə, Vasif Talıbov bir həftədən artıq paytaxtda qalsa da, ölkə başçısının qəbuluna düşə bilməyib.

Bütün bunlar onu göstərir ki, Naxçıvanda Vasif Talıbov erası bitmək üzrədir.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678