Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Abramyan: “Azərbaycanlılar sülhməramlıların maşın karvanını saxladı, bu birdəfəlik şapalaqdır”

86 Baxış

Azərbaycanlılar bu gün Rusiyaya xatırladıblar ki, Laçın dəhlizi qismən deyil, tamamilə bağlanıb, bunu Türkiyə səfirinin həmin ərazidə görünməsi də sübut edir.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə “Şərəfim var” parlament fraksiyasının katibi Tiqran Abramyan öz Facebook səhifəsində yazıb:

“Bu gün hətta Rusiya sülhməramlılarını təchiz edən maşın karvanını da saxladılar. Bu, birdəfəlik şapalaq olsa belə, nüfuzdan düşmə bir-birə baş vermir. Türkiyə Azərbaycan vasitəsi ilə əvvəlcə Rusiyanın səriştəsizliyini nümayiş etdirərək gözdən salır, sonra isə regionda mövcudluğunu gücləndirir. Rusiyanın bunun üçün nə təklif edəcəyini söyləmək hələ çətindir, lakin artıq hamıya aydındır ki, Rusiyanın Türkiyəyə yerini göstərmək üçün sərt müdaxiləsinin vaxtı çoxdan çatıb”, – deyə Abramyan yazıb.

Xatırladaq ki, azərbaycanlı ekofəallar Laçın yolundan Azərbaycanın sərvətlərinin talanıb daşınması, eyni zamanda bu humanitar dəhlizdən silah-sursat aparılması üçün istifadə edilməsinə də etiraz edirlər.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678